Reklam resmi
Reklam resmi

ABŞ-nin  Kanadadakı konsulluğuna SİLAHLI HÜCUM

ABŞ-nin  Kanadadakı konsulluğuna SİLAHLI HÜCUM
Dünya

Təhlükəsizlik səbəbindən Toronto hüquq-mühafizə orqanları Amerika Birləşmiş Ştatlarının konsulluğuna atəş açmaqda şübhəli bilinən şəxslərin olduğu nəqliyyat vasitəsinin təqibini dayandırmaq məcburiyyətində qalıblar.

Ajans.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Məlumatına görə, iyulun 27-də diplomatik nümayəndəliyin ətrafında silah səsləri eşidildikdən sonra polislər ərazidən yüksək sürətlə uzaqlaşan, dövlət qeydiyyat nişanı olmayan ağ rəngli "Honda Accord" markalı avtomobili aşkar ediblər. Asayiş keşikçiləri dərhal izləməyə başlasalar da, maşınların sürətinin saatda 140 kilometri ötməsi və prosesin şəhərin mərkəzində cərəyan etməsi səbəbindən təqibi yarımçıq saxlamaq qərarı verilib. Həmin an təcili olaraq havadan dəstək cəlb etmək mümkün olmayıb, çünki şəhər polis idarəsinin şəxsi helikopteri mövcud deyil. Belə hallarda adətən regional orqanlardan kömək istənilir. Hazırda həmin nəqliyyat vasitəsinin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, güllələr birbaşa Amerika konsulluğunun binası hədəf alınaraq atılıb.

Qeyd edək ki, bu, Torontoda ABŞ konsulluğunun ətrafında qeydə alınan ilk belə hadisə deyil. Mart ayında da iki nəfər binaya odlu silahdan bir neçə dəfə atəş açdıqdan sonra maşınla hadisə yerindən qaçmışdı. Həmin insident zamanı xəsarət alan olmamışdı. Sonradan isə cinayətdə şübhəli bilinən üç şəxs həbs edilmişdi.

Mövzular:
Kanada Toronto

Digər Xəbərlər