Reklam resmi
Reklam resmi

Beyləqanda abadlıq, təmizlik və yaşıllaşdırma işləri davam edir

Beyləqanda abadlıq, təmizlik və yaşıllaşdırma işləri davam edir
Cəmiyyət

Beyləqan Rayon İcra Hakimiyyətinin tapşırıq və göstərişlərinə uyğun olaraq Mənzil-Kommunal İstehsalatı Birliyinin əməkdaşları tərəfindən rayonun küçə və prospektlərində, park və xiyabanlarda, inzibati binaların ətrafında, eləcə də ictimai istifadə yerlərində təmizlik işləri həyata keçirilir. Eyni zamanda, məişət tullantıları daşınır, yolkənarı ərazilər və yaşıllıq sahələri səliqəyə salınır.

Ajans.az xəbər verir ki, görülən işlər rayon ərazisində sanitar-gigiyenik vəziyyətin daha da yaxşılaşdırılmasına, əhalinin rahatlığının təmin olunmasına və şəhərin estetik görünüşünün qorunmasına xidmət edir.

Abadlıq və təmizlik tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Mövzular:
Beyləqan abadlıq təmizlik yaşıllaşdırma

Digər Xəbərlər