Reklam resmi
Reklam resmi

Ukrayna hakimiyyətində böyük kadr islahatı

Ukrayna hakimiyyətində böyük kadr islahatı
Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski hökumətdə növbəti kadr dəyişikliklərinə başlayıb. Müdafiə naziri Mixaylo Fedorov vəzifəsini tərk etdiyini açıqlayıb.

Ajans.az xəbər verir ki, Fedorov sosial şəbəkədə paylaşdığı bəyanatda altı aylıq fəaliyyəti dövründə əldə olunan nəticələri sadalayaraq, rus hərbçiləri üçün Starlink xidmətinin məhdudlaşdırılmasını, Krım istiqamətində logistikanın pozulmasını və orta və uzaqmənzilli zərbə dronlarının təmin edilməsini əsas uğurlar kimi qiymətləndirib.

"Ukrayna xalqına müdafiə naziri kimi xidmət etmək böyük şərəf idi", – deyə o bildirib və ordunu dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Bundan əvvəl Prezident Volodimir Zelenski hökumətin yenilənməsi çərçivəsində Yuliya Svırıdenkonu baş nazir vəzifəsinə təyin edib. Bu qərar Ali Rada tərəfindən də təsdiqlənib.

"Ukrainska Pravda"nın mənbələrinin məlumatına görə, Fedorovun vəzifədən uzaqlaşdırılmasına səbəb onun Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə uzun müddətdir davam edən fikir ayrılıqları olub. The Economist də nazirlə baş komandan arasında ciddi ziddiyyətlərin yaşandığını yazıb.

Məlumata görə, Zelenski müdafiə naziri postuna hazırkı daxili işlər naziri İqor Klimenkonu təyin etməyi planlaşdırır. Bununla belə, Fedorovun prezident komandasındakı fəaliyyətini davam etdirəcəyi bildirilir.

Müdafiə nazirinin müşaviri Sergey Beskrestnov Fedorovu dəstəklədiyini bildirərək, onun korrupsiyaya qarşı mübarizəsinin istefasına təsir etmiş ola biləcəyini iddia edib.

Financial Times isə Fedorovun istefasını Rusiya-Ukrayna müharibəsi başlayandan bəri hökumətdə baş verən ən mühüm kadr dəyişikliklərindən biri kimi qiymətləndirib. Nəşr qeyd edir ki, Fedorov pilotsuz uçuş aparatlarının inkişafı, Müdafiə Nazirliyində islahatlar və hərbi çağırış sisteminin modernləşdirilməsi istiqamətində fəaliyyəti ilə tanınırdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Volodimir Zelenski Mixaylo Fedorov

Digər Xəbərlər