Reklam resmi
Reklam resmi

Türkiyədə narkotik istintaqı böyüyür: Tanınmış sənətçilər SAXLANILDI

Türkiyədə narkotik istintaqı böyüyür: Tanınmış sənətçilər SAXLANILDI
Dünya

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində 25 nəfər saxlanılıb.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun göstərişi əsasında İstanbul Jandarma Komandanlığı tərəfindən şübhəlilərin saxlanılması, axtarışların aparılması, ifadələrinin alınması və digər istintaq tədbirləri həyata keçirilib.

Saxlanılanlar arasında şou-biznes və media sahəsinin tanınmış simaları da var. Onların sırasında müğənnilər İlyas Yalçıntaş, Sıla Gençoğlu və Aybüke Albere, prodüserlər Fatih Aksoy, Ateş İnce, Şefik Ömer Dolman və Ayşe Nur Balcı, həmçinin model İrem Haznedar da yer alır.

Prokurorluğun məlumatına əsasən, istintaq narkotik və psixotrop maddələrin istifadəsi, bu maddələrin yayılmasına şərait yaradılması və narkotik istifadəsi üçün məkanların təmin edilməsi ilə bağlı iddialar üzrə aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Bakırköy Respublika Prokurorluğu

Digər Xəbərlər