Uşağın ifadəsinə əsasən, o, tualetdən istifadə edə bilməyib, paltarlarını isə sirkə və ağardıcı ilə kiçik bir ləyəndə yuyaraq qurudub yenidən geyinməyə məcbur olub. Onun cəmi üç dəst paltarı olub və hava döşəyində yatıb.
Məlumata görə, otağın qapısı çöldən bağlanır, pəncərəsi açılmırdı. Bundan əlavə, otaqda qızın çıxardığı səslərin kənara eşidilməsinin qarşısını almaq üçün ağ səs-küy generatoru quraşdırılmışdı. Uşağa yalnız bəzən, hətta əlverişsiz hava şəraitində belə, həyətdə yuyunmağa icazə verildiyi bildirilir.
Cütlüyün daha altı bioloji övladı olub. İstintaq materiallarına görə, həmin uşaqlar normal şəraitdə yaşayır, təmiz otaqlarda qalır, oyuncaqlara və şəxsi əşyalara sahib olurdular.
Araşdırma zamanı övladlığa götürülən qızın uzun müddət fiziki və psixoloji zorakılığa məruz qaldığı da müəyyən edilib. Bildirilir ki, istintaq başlamazdan bir həftə əvvəl Cennifer Kohnert onun saçını dartaraq üzünə vurub və dodağını yaralayıb. Qızın mütəmadi olaraq təhqir edildiyi, bioloji anasına bənzədiyi deyilərək alçaldıldığı, həmçinin Müqəddəs Kitabdan ayələri dəfələrlə köçürməyə məcbur edildiyi qeyd olunur.
Dindirmə zamanı Cennifer və Coel Kohnert övladlığa götürdükləri qızın dediklərini təsdiqləyiblər və ittihamları təkzib etməyiblər.
Faktla bağlı istintaq davam etdirilir.