Ukraynada gözlənilməz ETİRAZLAR
Ukraynada Prezident Volodimir Zelenskinin müdafiə naziri Mixaylo Fedorovun vəzifədən uzaqlaşdırılması ilə bağlı qərarından sonra bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Kiyev, Lvov, Dnepr, Xarkov və Poltavada yüzlərlə etirazçı küçələrə çıxaraq Fedorovun istefasına etiraz edib. Aksiya iştirakçıları "Utanc!" şüarları səsləndirib, həmçinin Zelenskinin qərarını tənqid edən plakatlar qaldırıblar.
Bildirilir ki, polis aksiyalara müdaxilə etməyərək vəziyyəti kənardan müşahidə edib.
Məlumata əsasən, Prezident Zelenski müdafiə nazirinin vəzifədən azad edilməsinə ölkə ordusunun NATO standartlarına uyğunlaşdırılması məqsədilə həyata keçirilən islahatların nəticələrindən narazı qaldığı üçün qərar verib. Mixaylo Fedorov bu vəzifəyə 14 yanvar 2026-cı ildə təyin olunmuşdu.
İddialara görə, Fedorovun vəzifədən uzaqlaşdırılması ilə razılaşmayan bəzi Müdafiə Nazirliyi əməkdaşları da istefa veriblər. Onların arasında nazirin müşavirləri və Ukrayna Hərbi Hava Qüvvələri komandanının müavini, polkovnik Pavel Yelizarovun da olduğu bildirilir.