Reklam resmi
Reklam resmi

İsrail və Livan razılığa gəliblər

İsrail və Livan razılığa gəliblər
Dünya

İsrail və Livan nümayəndə heyətləri yaxın günlərdə Livanın cənubunda iki pilot zonasının yaradılması üçün vaxt qrafiki barədə razılığa gəlmək məqsədilə danışıqlar aparacaqlar. 

Ajans.az xəbər verir ki, bu barədə "The National" qəzeti məlumat yayıb.

Xəbərə görə, İsrail Müdafiə Qüvvələrinin (İMQ) qoşunları bu ərazilərdən çıxarılacaq. Livan tərəfi danışıqların mümkün qədər tez keçirilməsini tələb edib, İsrail hakimiyyəti isə növbəti hərbi görüşdə qərar qəbul edəcəyinə söz verib.

"Lakin düşünürük ki, israillilər bu prosesi təxirə salmağa çalışa bilərlər", - deyə mənbə qeyd edib.

İsrailLivan ABŞ-nin vasitəçiliyi ilə İsrailLivan arasında keçirilən birbaşa danışıqların altıncı raundundan sonra pilot zonaların yaradılması üçün cədvəllər müəyyən etmək barədə razılığa gəliblər. Görüş 14-15 iyul tarixlərində Romada baş tutub.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Livan

Digər Xəbərlər