Reklam resmi
Reklam resmi

Rusiyada fövqəladə vəziyyət: Sakinlər EVSİZ QALDI

Rusiyada fövqəladə vəziyyət: Sakinlər EVSİZ QALDI
Dünya

Rusiyanın Sverdlovsk vilayətində güclü yağışların yaratdığı daşqınlar nəticəsində son sutka ərzində daha 130 yaşayış evi və 185 bağ sahəsini su basıb.

Ajans.az xəbər verir ki,regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ən çox zərər İrbit şəhərinə dəyib. Burada 124 yaşayış evi su altında qalıb. Bağ sahələri üzrə isə ən ciddi vəziyyət Nevyansk şəhərində qeydə alınıb. Burada 84 bağ sahəsini su basıb.

Hazırda vilayət üzrə ümumilikdə 443 yaşayış evi və 1 792 bağ sahəsi su altında qalıb.

Qeyd edək ki, bir gün əvvəl çayın məcrasından çıxması nəticəsində İrbit bələdiyyəsində təxminən 200 uşaq və onlarla böyük təhlükəsiz ərazilərə təxliyə edilib.

Məlumata görə, axşam saatlarında İrbit şəhərindən keçən Nitsa çayında suyun səviyyəsi 805 santimetrə çatıb. Bu göstərici şəhərdə indiyədək qeydə alınmış daşqınların demək olar ki, hamısını üstələyir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya fövqəladə vəziyyət

Digər Xəbərlər