Reklam resmi
Reklam resmi

Argentina millisinin DÇ-dən kənarlaşdırılması üçün 10 milyon imza topladı

Argentina millisinin DÇ-dən kənarlaşdırılması üçün 10 milyon imza topladı
Dünya

Futbol üzrə Argentina millisinin 2026-cı il dünya çempionatından kənarlaşdırılmasını tələb edən petisiya 10 milyondan çox imza toplayıb.

Ajans.az xəbər verir ki, petisiya argentinaout.com saytında yerləşdirilib.

Petisiyanın müəllifləri FIFA-nı və hakimləri hazırkı çempion Argentina yığmasına qarşı qərəzli yanaşmaqda ittiham edirlər. Onların fikrincə, yarış zamanı argentinalılara kömək edilir. Daha əvvəl bir çox azarkeş sosial şəbəkələrdə FIFA-nın dünya çempionatında Argentina millisinin qələbəsi üçün hər şeyi etdiyini iddia etmişdi. Nümunə kimi Əlcəzairlə qrup mərhələsi oyununda (3:0) Lionel Messiyə qırmızı vərəqə göstərilməməsi göstərilir. 

author picture
Leyla Bayandurlu
Mövzular:
2026-cı il dünya çempionatı Argentina millisi Lionel Messi

Digər Xəbərlər