Reklam resmi
Reklam resmi

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci azaldıb

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci azaldıb
İqtisadiyyat

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 675 milyon 958 min ABŞ dolları dəyərində 33 min 772 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 34,7 % və 29,6 % azdır.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 48,4 % artaraq 371 ədəd (57,867 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 37,2 % azalaraq 29 637 ədəd (546,669 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 3 204-ü (67,596 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 7 201-i (162,274 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 547-i (14,442 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 64,5 %, ikincinin 48,4 %, üçüncünün isə 41,1 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 14,7 % azalaraq 3 420 ədəd (30,587 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 28,35 % artaraq 344 ədəd (40,835 milyon ABŞ dolları dəyərində) olub.

Mövzular:
avtomobil idxal xərc

Digər Xəbərlər