Reklam resmi
Reklam resmi

Latviyada rus dili ilə bağlı plan gərginlik yaratdı

Latviyada rus dili ilə bağlı plan gərginlik yaratdı
Dünya

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Latviyada mediada rus dilinin istifadəsinin məhdudlaşdırılması ilə bağlı planları tənqid edib.

Ajans.az xəbər veirr ki, bu barədə o, TASS agentliyinə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, belə təşəbbüslər ölkə sakinlərinin hüquqlarının pozulmasına səbəb olur.

"Bunu pisləməmək mümkün deyil, çünki ölkə sakinlərinin çoxsaylı hüquqları pozulur", – deyə Kremlin sözçüsü qeyd edib.

Dmitri Peskov həmçinin iddia edib ki, Latviya hakimiyyəti uzun müddətdir rus dili ilə bağlı ardıcıl məhdudlaşdırıcı siyasət həyata keçirir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Latviya Rusiya rus dili

Digər Xəbərlər