Reklam resmi
Reklam resmi

Bu ölkədə DƏHŞƏT: Kişi kafedə üzündən GÜLLƏLƏNDİ

Bu ölkədə DƏHŞƏT: Kişi kafedə üzündən GÜLLƏLƏNDİ
Dünya

Qazaxıstanın Aktau şəhərində yerləşən kafelərdən birində baş verən münaqişə zamanı bir kişi üz nahiyəsindən güllələnib. Hadisə anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Ajans.az xəbər veirr ki, bu barədə NUR.KZ məlumat yayıb.

Manqistau Vilayət Polis İdarəsinin məlumatına görə, hadisə iyulun 8-də iki müştəri arasında yaranan mübahisə zamanı baş verib.

Bildirilib ki, münaqişədən sonra şəxslərdən biri "ovçu siqnalı" (siqnal tapançası) qurğusundan istifadə edərək qarşı tərəfin üz nahiyəsinə atəş açıb.

Faktla bağlı "xuliqanlıq" maddəsi ilə cinayət işi başlanılıb.

Polis şübhəlinin qısa müddətdə müəyyən edilərək saxlanıldığını və müvəqqəti saxlama təcridxanasına yerləşdirildiyini açıqlayıb.

Zərərçəkənə tibbi yardım göstərilib və daha sonra ambulator müalicə üçün evə buraxılıb.

Diqqət: Hadisənin görüntülərində zorakılıq səhnələri yer alır. Video azyaşlılar, hamilə qadınlar və həssas şəxslər üçün uyğun hesab edilmir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qazaxıstan Aktau şəhəri

Digər Xəbərlər