Bu ölkədə maraqlı görüntülər: Dron ilə məhsullarını ÇATDIRIR
İndoneziyada bir fermer məhsulu tarladan toplama məntəqəsinə çatdırmaq üçün drondan istifadə edir.
Ajans.az xəbər verir ki, bu, fermerin əməkdaşlıq etdiyi kənd təsərrüfatı şirkəti tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində tətbiq olunur.
Layihədə iştirak könüllü əsasda həyata keçirilir. Dron məhsulu təxminən 1,5 kilometrlik məsafədə yerləşən tarladan qəbul məntəqəsinə daşıyır.
Pilot proqramın məqsədi məhsulun daşınmasını sürətləndirmək, əmək sərfiyyatını azaltmaq və kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini genişləndirməkdir.
Mövzular: