Reklam resmi
Reklam resmi

Tenderlə bağlı QAYDALAR DƏYİŞİR

Tenderlə bağlı QAYDALAR DƏYİŞİR
İqtisadiyyat, Milli məclis

Bir mənbədən satınalma qaydalarında dəyişiklik ediləcək.

Ajans.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirə edilən “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi satınalan təşkilat tərəfindən icra və (və ya) avans təminatının ödənilməsinin mümkünsüzlüyü müəyyən edilmiş qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin qayda və prosesinə dair hüquqi əsasın formalaşdırılması məqsədilə hazırlanmışdır.

Dövlət xəzinədarlığı vasitəsilə büdcə təşkilatlarının xarici təchizatçılardan satın aldığı mal, iş və xidmətlərə görə yaranan kreditor borclarının ödənilməsi zamanı bir sıra qurumların satınalma müqavilələri üzrə xarici təchizatçılardan icra və (və ya) avans təminatı tələb olunur və bu təminatların təqdim edilmədiyi aşkar edilir.

İcra və (və ya) avans təminatının təqdim edilməməsi ilə bağlı "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda hər hansı istisna olmadığından həmin sənədlərin təqdim edilməməsi xəzinədarlıq orqanları tərəfindən ödənişlərin edilməsini mümkünsüz edir və nəticə etibarilə müvafiq mal, iş və xidmət alışı baş tutmur.

Qeyd olunanlar nəzərə alınmaqla, layihə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında qeyri-rezident hüquqi və fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qəbul edilmiş qərar əsasında qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilib-edilməməsinin müəyyən edilməsi təklif edilir.

Bununla da bir mənbədən satınalma metodunun tətbiq edildiyi və müvafiq qeyri-rezident hüquqi və ya fiziki şəxs olan təchizatçılar tərəfindən icra və ya avans təminatının təqdim edilməsi mümkünsüz olduğu hallarda büdcə təşkilatlarının həmin təchizatçılar qarşısında götürdüyü öhdəliklərin icra edilməsi ilə bağlı dövlət xəzinədarlığında yaranan müvafiq çətinliklər aradan qaldırılacaqdır.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Mövzular:
tender qaydalar dəyişiklik Milli Məclis

Digər Xəbərlər