Reklam resmi
Reklam resmi

Bu təyyarədə GÜCLÜ PARTLAYIŞ-XƏSARƏT ALAN VAR

Bu təyyarədə GÜCLÜ PARTLAYIŞ-XƏSARƏT ALAN VAR
Dünya

Yunanıstanın Saloniki şəhərindən Almaniyanın Münhen şəhərinə uçan Ryanair aviaşirkətinə məxsus təyyarədə uçuş zamanı insident baş verib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, uçuş zamanı güclü partlayış səsi eşidilib və təyyarənin pəncərələrindən biri sınıb.

Kabində təzyiqin azalması nəticəsində oksigen maskaları avtomatik açılıb. Sərnişinlər sınıq pəncərənin yaxınlığında əyləşən şəxsin təhlükəsizliyini təmin etmək üçün ona kömək ediblər.

Hadisədən sonra pilot təyyarəni geri döndərərək Saloniki hava limanına təcili eniş etmək qərarı verib.

İnsident nəticəsində 61 yaşlı Serbiya vətəndaşı boyun nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən birinin sözlərinə görə, zərərçəkənin həyat yoldaşı təxminən beş dəqiqə ərzində onu tutaraq yerində saxlamağa çalışıb. Daha sonra digər sərnişinlər də kömək edərək onu təhlükəsiz şəkildə kabinənin içərisinə çəkiblər.

Təyyarədə təzyiqin azalmasına səbəb olan hadisənin dəqiq səbəbi hələlik açıqlanmayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Təyyarə Yunanıstan

Digər Xəbərlər