Reklam resmi
Reklam resmi

Astronavtlara Ayda gördüklərini danışmaq qadağan edilib?

Astronavtlara Ayda gördüklərini danışmaq qadağan edilib?
Dünya

Ay missiyalarında iştirak etmiş NASA astronavtlarının Ayda ehtimal olunan yadplanetli kosmik gəmiləri gördükləri təqdirdə bu barədə danışmalarına icazə verilmədiyi iddia olunur.

Ajans.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.

Məlumata görə, sosial şəbəkə istifadəçiləri 2021-ci ildə vəfat etmiş Donna Hare ilə köhnə müsahibəyə yenidən diqqət yetiriblər. O, 1967–1981-ci illərdə NASA ilə əməkdaşlıq edən, hazırda fəaliyyətini dayandırmış Philco Ford Aerospace şirkətində çalışıb.

Donna Hare "Disclosure Project" üçün verdiyi müsahibədə bildirib ki, Ay missiyalarından qayıdan astronavtlarla karantin dövründə işləyən NASA həkimlərindən birini şəxsən tanıyıb.

Onun sözlərinə görə, həmin həkim astronavtların müsahibələrində iştirak edib və onların bəzilərinin Ayda naməlum kosmik gəmilər gördüklərini dediyini bildirib.

Hare iddia edib ki, astronavtlara bu barədə ictimaiyyətə məlumat vermək şifahi şəkildə qadağan olunub və onlardan məxfilik barədə öhdəlik götürən sənədlər imzalamaq tələb edilib.

Daily Mail qeyd edir ki, bəzi astronavtlar sonrakı illərdə kosmosda naməlum uçan obyektlər (UNO) gördüklərini açıqlasalar da, Ayda yadplanetli gəmilərin mövcudluğunu təsdiqləyən rəsmi sübut və ya NASA tərəfindən təsdiqlənmiş məlumat yoxdur. Buna görə də bu iddialar müstəqil şəkildə təsdiqlənməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ NASA

Digər Xəbərlər