Reklam resmi
Reklam resmi

2026 Dünya Kubokun yarımfinala çıxan İLK MİLLİSİ

2026 Dünya Kubokun yarımfinala çıxan İLK MİLLİSİ
Dünya

Fransa millisi 2026-cı il Dünya Kubokunun yarımfinalına vəsiqə qazanıb.

Ajans.az xəbər verir ki, Didye Deşamın rəhbərlik etdiyi komanda 1/4 final mərhələsində ABŞ-ın Foksboro şəhərində keçirilən oyunda Mərakeş millisini 2:0 hesabı ilə məğlub edib.

"Real Madrid"in 27 yaşlı hücumçusu Kilian Mbappe 28-ci dəqiqədə təyin olunan penaltidən yararlana bilməsə də, 60-cı dəqiqədə hesabı açıb. O, 77-ci dəqiqədə zədə səbəbindən əvəzlənib.

PSJ-nin 29 yaşlı hücumçusu Usman Dembele isə 66-cı dəqiqədə fərqlənərək Fransa millisinin qələbəsini rəsmiləşdirib.

Fransa yarımfinalda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Dünya Kuboku Fransa millisi

Digər Xəbərlər