Reklam resmi
Reklam resmi

İran Bankının Bakı filialının gəlirləri AZALIB

İran Bankının Bakı filialının gəlirləri AZALIB
İqtisadiyyat

“Bank Melli İran”ın Bakı filialının gəlirlərində azalma olub.

Ajans.az xəbər verir ki, “Bank Melli İran”ın Bakı filialı 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatını açıqlayıb.

Hesabata əsasən, bank hesabat dövründə 2 milyon 324 min 312,61 manat xalis mənfəət əldə edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 900 min 242,95 manat ya 27,92% azdır. Ötən ilin ilk yarısında bankın xalis mənfəəti 3 milyon 224 min 555,56 manat olub.

Bankın xalis faiz gəlirləri isə 2 milyon 681 min 115,52 manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 153 min 490,92 manat ya 5,41% azalma deməkdir.

Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 2 milyon 402 min 336,32 manat olub. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 93 min 24,86 manat ya 4,03% artıb.

Hesabat dövrünün sonuna bankın cəmi aktivləri 121 milyon 531 min 986,52 manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 1 milyon 240 min 908,78 manat ya 1,03% artım deməkdir.

Nağd pul vəsaitləri digər banklardakı müxbir hesablar üzrə vəsaitlərin həcmi 37 milyon 23 min 51,17 manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 150 min 774,60 manat ya 10,08% azalıb.

Bankın cəmi öhdəlikləri isə 2026-cı ilin ilk yarısının sonunda 65 milyon 855 min 78,28 manat təşkil edib. Bu da müqayisə dövrü ilə müqayisədə 5 milyon 747 min 209,25 manat ya 8,03% azalma deməkdir.

Mələksəda Ziyad

Mövzular:
Bank Melli İran Xalis faiz gəlirləri Hesabat

Digər Xəbərlər