Reklam resmi
Reklam resmi

Tramp: TikTok-da videolarım 4 milyard baxış toplayıb

Tramp: TikTok-da videolarım 4 milyard baxış toplayıb
Dünya

ABŞ Prezidenti Donald Tramp TikTok platformasında onun iştirak etdiyi videoların 4 milyard baxış topladığını və platformada ən populyar məzmunlar arasında yer aldığını iddia edib.

Ajans.az xəbər verir ki, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rutte ilə Ankarada keçirilən NATO sammiti çərçivəsində baş tutan görüşdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.

"Bəzi insanlar TikTok-u tənqid edir, onun çox pis və təhlükəli olduğunu deyirlər. Dünən açıqlanan rəqəmlərə görə, TikTok-da birinci olan mənəm", – deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, onun iştirak etdiyi videolar ümumilikdə 4 milyard baxış toplayıb ki, bu da dünya əhalisinin təxminən yarısına bərabərdir.

ABŞ Prezidenti bu göstəricilərlə bağlı əlavə sübut və ya rəsmi statistika təqdim etməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
NATO Donald Tramp

Digər Xəbərlər