Reklam resmi
Reklam resmi

Rusiya deputatı canlı yayımda qalmaqalla gündəmə gəldi

Rusiya deputatı canlı yayımda qalmaqalla gündəmə gəldi
Dünya

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlev Xüsusi Hərbi Əməliyyatda (XHƏ) iştirak etməməsi ilə bağlı verilən sualdan sonra canlı yayımda qalmaqallı insident yaşayıb.

Ajans.az xəbər verir ki, bu barədə "Podyom" Telegram kanalı məlumat yayıb.

Yayılan görüntülərdə aparıcı İvan Mironov deputatdan niyə XHƏ-də iştirak etmədiyini və Moskvada qalmasını necə izah etdiyini soruşur. Suala cavab verən Juravlev əvvəlcə 2014-cü ildən Ukraynanın cənub-şərqindəki münaqişə zonasında olduğunu bildirib.

Deputat, həmçinin, Rusiya qanunvericiliyinə əsasən Dövlət Duması deputatlarının XHƏ-də iştirakının qadağan olunduğunu iddia edib.

Müzakirə zamanı Juravlev aparıcıya qarşı kobud ifadələr işlədib, bundan sonra isə studiyanı tərk edib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Rusiya Dövlət Duması

Digər Xəbərlər