Tramp Buşu, Obamanı və Baydeni tənqid edib
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin müdafiə xərclərinin artırılması məsələsində əvvəlki Amerika liderlərini tənqid edib.
Ajans.az xəbər verir ki, Tramp bu fikirləri NATO-nun Ankarada keçirilən sammiti çərçivəsində alyansın Baş katibi Mark Rutte ilə görüşü zamanı səsləndirib.
ABŞ Prezidenti bildirib ki, keçmiş prezidentlər Corc Buş, Barak Obama və Co Bayden NATO müttəfiqlərini müdafiə xərclərini artırmağa inandıra bilməyiblər.
"NATO ölkələri səssizcə ABŞ-a üz tuturdular. Baydenin daha çox ağlı olsaydı, onlara daha çox pul ödəmələrini deyərdi. Amma bunu etmədi. Obama da etmədi, açığı, Buş da etmədi", – deyə Tramp bildirib.
Bu zaman Mark Rutte Trampın çıxışına müdaxilə edərək onun dövründə vəziyyətin dəyişdiyini vurğulayıb.
"Amma indi, sizin sayənizdə bu baş verdi. Siz Duayt Eyzenhauerin Avropa ilə ABŞ arasında hərbi xərcləri balanslaşdırmaq istiqamətində həyata keçirməyə çalışdığı məqsədə nail oldunuz. Bunu bacaran ilk ABŞ prezidenti siz oldunuz", – deyə Rutte bildirib.
Ruttenin sözlərinə cavab verən Tramp isə zarafatla, "Mən onu buna görə sevirəm", ifadəsini işlədib.