Reklam resmi
Reklam resmi

Miras kimə çatmalıdır?- Çoxunun bilmədiyi QANUNLAR

Miras kimə çatmalıdır?- Çoxunun bilmədiyi QANUNLAR
Cəmiyyət

Azərbaycanda vərəsəlik hüququ ilə bağlı qüvvədə olan qanunvericilikdə bir çox vətəndaşın bilmədiyi mühüm qaydalar var.

Ajans.az xəbər verir

ki, bu qaydalar bəzi hallarda mirasın kimə çatacağını, kimlərin əlavə hüquqlara malik olduğunu və hansı şəxslərin vərəsə ola bilməyəcəyini müəyyən edir.

Hazırda qüvvədə olan Mülki Məcəlləyə əsasən, əgər miras qoyanın himayəsində olan və özünü müstəqil dolandıra bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adı vəsiyyətnamədə göstərilməyibsə, onlar mirasdan aliment (dolanacaq təminatı) tələb edə bilərlər. Lakin ödəniləcək məbləğ miras əmlakının dəyəri nəzərə alınaraq azaldıla bilər.

Bununla yanaşı, əvvəlki növbənin vərəsələri olduğu halda sonrakı növbəyə aid şəxslər miras hüququ əldə edə bilmirlər.

Bundan başqa, sağ qalan ər və ya arvadın vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətində olan əmlakdan ona düşən paya şamil edilmir.

Bununla yanaşı, nikahı ləğv edilmiş ər və arvad bir-birindən sonra vərəsə ola bilməzlər.

Həmçinin məhkəmə müəyyən etsə ki, ər-arvadın nikahına miras açılmamışdan ən azı 3 il əvvəl faktiki olaraq xitam verilib və onlar ayrı yaşayıblar, bu halda sağ qalan həyat yoldaşı məhkəmənin qərarı ilə qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

Mövzular:
miras qanun aliment nikah

Digər Xəbərlər