Bu iki ölkə Ukraynaya silah tədarükündən imtina edib
Ankarada keçirilən NATO sammiti çərçivəsində Bolqarıstan və Macarıstan Ukraynaya yeni silah tədarükü həyata keçirməyəcəklərini açıqlayıblar.
Ajans.az xəbər verir ki, bu barədə Bolqarıstan Prezidenti Rumen Radev bildirib.
Onun sözlərinə förə, ölkəsi artıq Ukraynaya hərbi yardım çərçivəsində əlavə silah və hərbi texnika göndərmək imkanına malik deyil.
"Hərbi dəstək imkanlarımızı tükəndirmişik. Söhbət Bolqarıstan Silahlı Qüvvələrinin anbarlarında olan silah və avadanlıqlardan gedir. Ukraynaya indiyədək 13 yük göndərmişik və artıq əlavə heç nə verə bilmərik", – deyə Radev bildirib.
Onun sözlərinə görə, Bolqarıstan bundan sonra yalnız hərbi texnikanın təmiri və texniki xidmət sahəsində dəstək göstərə bilər.
Macarıstanın Baş naziri Peter Magyar da ölkəsinin Ukraynaya silah göndərməyəcəyini bəyan edib. O bildirib ki, Budapeşt humanitar yardımı davam etdirəcək, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir.