Reklam resmi
Reklam resmi

Bu ölkədə ATIŞMA: ÖLƏNLƏR VAR

Bu ölkədə ATIŞMA: ÖLƏNLƏR VAR
Dünya

Almaniyanın Aşağı Saksoniya əyalətinin Stade şəhərində baş verən silahlı insident nəticəsində beş nəfər həlak olub.

Ajans.az xəbər verir ki, bu barədə yerli polis hadisə ilə bağlı məlumatı təsdiqləyib. Bildirilib ki, insidentdən sonra şübhəli şəxs saxlanılıb.

İlkin məlumata görə, atışma şəhər mərkəzində yerləşən uşaq və yeniyetmələr üçün fəaliyyət göstərən müəssisənin yaxınlığında baş verib. Bəzi yerli KİV-lər hadisənin gənclər mərkəzində baş verdiyini yazır.

Hazırda təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir. Polis ərazidə xüsusi əməliyyat keçirdiyini bildirərək sakinlərə hadisə yerinə yaxınlaşmamaq çağırışı edib.

Silahlı insidentin motivi və digər təfərrüatları hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya atışma Aşağı Saksoniya əyaləti Stade şəhəri

Digər Xəbərlər