Reklam resmi
Reklam resmi

Google-dan məhdudiyyət:Meta-nın planları POZULDU

Google-dan məhdudiyyət:Meta-nın  planları POZULDU
Maraqlı

Google Meta-nın Gemini modellərinə məhdudiyyət tətbiq etdi.

Ajans.az xəbər verir ki, Google-un tətbiq etdiyi məhdudiyyət Meta-nın bəzi daxili layihələrinin gecikməsinə səbəb olub. Şirkət eyni zamanda əməkdaşlarını süni intellekt resurslarından daha səmərəli istifadə etməyə çağırıb.

*Financial Times* nəşrinin məlumatına görə, Google Meta-nın *Gemini* süni intellekt modellərindən yüksək həcmdə istifadə tələbatını qarşılaya bilmədiyi üçün bu xidmətə məhdudiyyət tətbiq edib.

Məlumata görə, Google bu qərarı mart ayında Meta-ya çatdırıb. Hesablama gücünün məhdud olması səbəbindən Meta-nın bəzi daxili süni intellekt layihələrində gecikmələr yaranıb. Bildirilir ki, Google-un digər müştəriləri də oxşar problemlə üzləşiblər. Lakin yüksək istifadə tələbatına görə bu vəziyyətdən ən çox Meta təsirlənib.

Google-un məhdudiyyət qərarından sonra Meta rəhbərliyi dərhal tədbirlər görüb. Şirkət əməkdaşlarını süni intellekt sistemlərində istifadə olunan hesablama vahidi – *token*lərdən daha qənaətlə və səmərəli istifadə etməyə çağırıb.

Texnologiya şirkətləri süni intellekt çiplərinə və məlumat mərkəzlərinə böyük investisiyalar yatırmağa davam etsələr də, qlobal miqyasda sürətlə artan tələbatı qarşılayacaq qədər hesablama gücü təmin etməkdə çətinlik çəkirlər.

Google Cloud-un bu ilin ilk rübündə gəlirləri 20 milyard dollara çatıb. Şirkətin baş icraçı direktoru Sundar Piçai bildirib ki, mövcud hesablama gücü məhdudiyyətləri daha yüksək artım tempinə nail olmağa mane olur və bulud xidmətlərinə olan sifarişlərin artmasına səbəb olur.

Məsələ ilə bağlı nə Google, nə də Meta hələlik rəsmi açıqlama verməyib.

author picture
Tərlan Əmrahova
Mövzular:
Google Meta *Gemini* süni intellekt

Digər Xəbərlər