Reklam resmi
Reklam resmi

İtaliyaya uçan təyyarə dənizə DÜŞDÜ

İtaliyaya uçan təyyarə dənizə DÜŞDÜ
Dünya

İrlandiyadan İtaliyaya uçan yüngül təyyarə texniki nasazlıq səbəbindən Böyük Britaniya sahillərində yerləşən İrlandiya dənizinə məcburi eniş edib.

Ajans.az xarici medisya istinadənxəbər verir ki, hadisə iyunun 26-da Uels sahillərində, Kardiqan adası yaxınlığında baş verib. Təyyarənin pilotları uçuş zamanı texniki nasazlıq aşkarlayaraq fəlakət siqnalı göndəriblər.

Bundan sonra onlar təyyarəni suya endirmək məcburiyyətində qalıblar. Hadisə yerinə dərhal xilasedicilər cəlb olunub.

Kral Milli Xilasetmə Xidmətinin məlumatına əsasən, hər iki pilot helikopter vasitəsilə aşkarlanıb və Kardiqandan göndərilən xilasetmə qayığı ilə təhlükəsiz şəkildə təxliyə olunub.

Pilotlar şok vəziyyətində xəstəxanaya çatdırılıb. Onlar tibbi müayinədən sonra evə buraxılıb və daha sonra bərə ilə İrlandiyaya yola düşüblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
İrlandiya İtaliya təyyarə

Digər Xəbərlər