Reklam resmi
Reklam resmi

Pakistanın Əfqanıstana HÜCUMU: ÖLƏNLƏR VAR 

Pakistanın Əfqanıstana HÜCUMU: ÖLƏNLƏR VAR 
Dünya

Pakistanın Əfqanıstanın sərhəd bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 36 nəfər həlak olub.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Taliban administrasiyası hücumlar zamanı 160-dan çox mülki şəxsin yaralandığını bildirib. Onların sözlərinə görə, ölən və yaralananlar arasında uşaqlar da var.

Pakistan rəsmiləri isə əməliyyatın ölkə ərazisində baş vermiş terror hücumlarına cavab olaraq həyata keçirildiyini açıqlayıblar. Bildirilib ki, Karaçidə baş verən hücum nəticəsində üç təhlükəsizlik əməkdaşı həlak olub.

Pakistanın informasiya naziri Attaullah Tararın sözlərinə görə, əvvəlcə kəşfiyyat məlumatları əsasında quru əməliyyatı keçirilib, daha sonra isə Əfqanıstan-Pakistan sərhədi yaxınlığında terrorçuların sığınacaqlarına hava zərbələri endirilib.

Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında 2 600 kilometrlik sərhəddə son illərdə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır. Tərəflər bir-birini silahlı qruplara dəstək verməkdə ittiham edir.

İslamabad hava zərbələrinin hədəfinin "Tehrik-e-Taliban Pakistan" (TTP)Bəlucistan Azadlıq Ordusu silahlılarının mövqeləri olduğunu bildirir. Kabil isə bu ittihamları rədd edərək, Əfqanıstan ərazisinin digər ölkələrə qarşı istifadə edilməsinə icazə verilmədiyini bəyan edir. Eyni zamanda, Əfqanıstan hakimiyyəti Pakistanı hökumət əleyhdarı qrupları dəstəkləməkdə ittiham edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Pakistan Əfqanıstan Taliban

Digər Xəbərlər