Reklam resmi
Reklam resmi

Minsk Ukrayna ilə bağlı gərginliyi artıran bəyanat verdi

Minsk Ukrayna ilə bağlı gərginliyi artıran bəyanat verdi
Dünya

Belarus hakimiyyəti bəyan edib ki, Ukrayna tərəfindən ölkə sərhədinin pozulacağı təqdirdə Minsk bütün hərbi potensialından istifadə edərək cavab verəcək.

Ajans.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər nazirinin müavini İqor Sekreta açıqlama verib.

Onun sözlərinə görə, Belarus sərhədinin icazəsiz keçilməsi və ya ölkəyə qarşı hər hansı təcavüz cavabsız qalmayacaq.

"Əgər Belarus sərhədi icazəsiz keçilərsə və ya bu, təcavüzlə müşayiət olunarsa, biz bütün potensialımızla cavab verəcəyik. Ukraynalı qonşularımız bunu yaxşı bilirlər", – deyə Sekreta bildirib.

Diplomat qeyd edib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə üçün qəbuledilməz hesab edilən "qırmızı xətləri" əvvəldən müəyyənləşdirib.

Sekreta əlavə edib ki, Minsk Qərb ölkələrini və ABŞ-ı gərginliyin azaldılması və qarşılıqlı etimadın bərpası üçün dialoqu bərpa etməyə çağırmaqda davam edir.

Onun sözlərinə görə, hərbi ritorikanın güclənməsi regionda vəziyyəti daha da gərginləşdirə və təsadüfi insidentlərin genişmiqyaslı münaqişəyə çevrilməsi riskini artıra bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Belarus Ukrayna

Digər Xəbərlər