Reklam resmi
Reklam resmi

Venesuelada humanitar fəlakət dərinləşir: BMT-dən TƏCİLİ ÇAĞIRIŞ

Venesuelada humanitar fəlakət dərinləşir: BMT-dən TƏCİLİ ÇAĞIRIŞ
Dünya

Venesuelada baş vermiş güclü zəlzələlərdən sonra təxminən 1,8 milyon insanın humanitar yardıma ehtiyacı yaranıb.

Ajans.az Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna istinadən xəbər verir ki,  yardıma ehtiyacı olanların təxminən 680 minini uşaqlar təşkil edir.

UNICEF-in Venesueladakı nümayəndəsi Manuel Rodriges Pumarol bildirib ki, ölkənin səhiyyə sistemi həddindən artıq yüklənib. Onun sözlərinə görə, xəstəxanalar tam gücü ilə fəaliyyət göstərir, minlərlə uşaq təmiz içməli suya çıxışdan məhrum olub, çoxlu sayda məktəb isə ciddi ziyan görüb.

Məlumata əsasən, paytaxt Karakasda və zəlzələdən zərər çəkmiş bölgələrdə ümumilikdə 432 məktəbə ziyan dəyib. Onların bir qismi hazırda evsiz qalan ailələrin müvəqqəti yerləşdirilməsi üçün sığınacaq kimi istifadə olunur.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanlardan sonra 500-dən çox təkrar zəlzələ qeydə alınıb.

Rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 1450 nəfər həyatını itirib, 3200-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Zəlzələ çoxsaylı yaşayış binalarının dağılmasına, infrastrukturun və xəstəxanaların zədələnməsinə səbəb olub. Bundan əlavə, ölkənin əsas hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela zəlzələ BMT UNİCEF Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu

Digər Xəbərlər