Makron yenidən görünüşü ilə gündəmə gəldi
Fransa Prezidenti Emmanuel Makronun Parisdə Oman sultanı Heysəm bin Tariq Əl Səidlə görüşü zamanı günəş eynəyi taxması sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, görüş Yelisey Sarayında keçirilib. Tərəflər Hörmüz boğazında naviqasiya təhlükəsizliyi, regional vəziyyət və Fransa ilə Oman arasında strateji əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Makronun rəsmi qarşılanma mərasimində kostyumla yanaşı günəş eynəyi taxması istifadəçilərin diqqətini cəlb edib. Görüşdən yayılan görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və müxtəlif şərhlərə səbəb olub.
Bəzi istifadəçilər Fransa prezidentinin görünüşü ilə bağlı zarafat və fərziyyələr irəli sürsələr də, Makronun günəş eynəyi taxmasının səbəbi barədə Yelisey Sarayı tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.
Mövzular: