Bu ölkə daşqınlara görə İFLİC OLDU
Hindistanın şərqində aramsız yağan leysan yağışları Assam və Arunaçal Pradeş ştatlarında güclü daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində 22 mindən çox insan zərər çəkib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, Assam Dövlət Fəlakətlərin İdarə Edilməsi İdarəsi daşqınlardan ümumilikdə 22 124 nəfərin zərər gördüyünü açıqlayıb. Arunaçal Pradeş ştatında isə azı üç nəfərin həlak olduğu bildirilir. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Mövzular: