Bu ölkə də Ukraynaya qoşun YERİDİR - ŞOK

Bu ölkə də Ukraynaya qoşun
Ukrayna
Siyasət 14-03-2025 - 11:45

Avstraliya martın 15-nə planlaşdırılan onlayn sammitdə sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsi ilə bağlı Avropa İttifaqı dövlətləri ilə danışıqlar aparmağı planlaşdırır.

Ajans.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Avstraliyanın baş naziri Entoni Albanese bu şənbə günü Aİ üzvləri ilə telefon danışığında iştirak etməyə hazırlaşır, ABC mənbələri bildirir. Qeyd edilir ki, o, sülhməramlı qüvvələrin tərkibində öz qoşunlarını Nezalejnaya ərazisinə yerləşdirmək barədə müraciətə baxmağa hazırdır.

Telekanal onlayn sammitə Fransa, İtaliya, Almaniya, Kanada və Yeni Zelandiyadan olan nümayəndələrin qatılacağına da aydınlıq gətirib. Albanesenin təşəbbüsünün ölkə daxilində, xüsusən də Liberal Partiyasının lideri Peter Duttonun tənqidinə səbəb olduğu bilinir.

Bundan əvvəl Avstraliyanın baş naziri Entoni Albanese hökumətinin Ukrayna xalqını və Kiyev rejiminin lideri Vladimir Zelenskini dəstəklədiyini bildirib. O əlavə edib ki, sülhməramlıların göndərilməsi ilə bağlı gələcək təklifləri nəzərdən keçirməyə hazırdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: