“3+3”ün Türkiyədəki iclasında Lavrov da İŞTİRAK EDƏCƏK

“3+3”ün Türkiyədəki iclasında Lavrov da
Siyasət 15-10-2024 - 15:38

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə Cənubi Qafqaz üzrə “3+3” platformasının iclasında iştirak edəcək.

Ajans.az "TASS"a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Biz Sergey Viktoroviç Lavrovun planlaşdırılan iştirakını təsdiqləyirik", - Zaxarova şərh edib.

“3+3” platforması Cənubi Qafqazın üç respublikasından (Azərbaycan, Ermənistan və Gürcüstan) və regionla həmsərhəd olan üç ölkədən (İran, Rusiya və Türkiyə) ibarətdir. Birləşmənin məqsədi xarici təsir olmadan və qonşu böyük dövlətlərin dəstəyi ilə yalnız iştirakçı ölkələr tərəfindən Transqafqazda regional problemlərin həlli mexanizmini yaratmaqdır.

Xarici işlər nazirləri səviyyəsində platformanın sonuncu iclası 2023-cü ilin oktyabrında Tehranda keçirilib. Gürcüstan nümayəndələri qarşıdan gələn “3+3” görüşündə iştirak etməyi planlaşdırmırlar.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: