ABŞ və terrorçular İŞİD-in Rəqqadakı "teatr"ına hazırlaşır - KİV
Suriyada bölgələrini itirməyə başlayan PKK/YPG terrorçuları ABŞ-lə birlikdə yeni “teatr”a hazırlaşır.
Ajans.az xəbər verir ki, DAEŞ terrorçularının paltarını geyinərək “təşkilat bitməyib” qavrayışı yaratmağı planlaşdıran terrorçular ABŞ-nin Rəqqadakı müxalifləri gülləbaran etməsinə şərait yaradacaq.
Suriya müxalifəti Əsəd rejiminə son qoyduqdan sonra terror təşkilatı PKK/YPG tərəfindən işğal olunmuş ərazilərin terrordan təmizlənməsi PKK/YPG terrorçuları və onları dəstəkləyən ABŞ-də panikaya səbəb olub.
Bölgədəki mənbələr PKK/YPG terrorçularının DEAŞ terrorçularının geyindiyi paltarları geyinməyə başladığına diqqət çəkir. PKK/YPG terrorçularının DEAŞ terrorçusu adı altında açıqlama verməyə hazırlaşdıqlarına diqqət çəkilir və məqsəd dünyaya veriləcək yeni imiclə “DAİŞ bitməyib” qavrayışı yaratmaq və ABŞ üçün Rəqqadakı müxalifləri güllələməkdir.