Yaddaş problemi olanların NƏZƏRİNƏ: Bu qidaları TÜKƏDİN
Bədənin ən həyati orqanlarından biri olan beyin ürək döyüntüsündən nəfəs almağa, hərəkətə, hiss etməyə və düşünməyə qədər bir çox mühüm funksiyaları yerinə yetirir. Buna görə də beynin sağlam və səmərəli işləməsi böyük əhəmiyyət kəsb edir. Yediyimiz qidalar beynin funksiyalarını gücləndirir və funksiyalarını daha təsirli edir.
Ajans.az yaddaşı gücləndirən və konsentrasiyanı artıran qidaları təqdim edir.
Beyin sağlamlığı dedikdə ilk ağıla gəlməli olan qidalar yağlı balıqlardır. Omeqa 3 yağ turşuları ilə zəngin olan qızılbalıq, ton balığı və alabalıq kimi yağlı balıqlar tez-tez istehlak edilməlidir.
Beynin yüzdə 60-ı yağlardan ibarət olduğu halda, bu yağların yarısı omeqa 3 yağ turşularından ibarətdir. Omeqa 3 də yaşla baş verən zehni geriləməni yavaşladır və beləliklə, Alzheimer xəstəliyinin qarşısını alır.
Depressiya və öyrənmə pozğunluqları kimi problemlərin kifayət qədər omeqa 3 istehlak etməyən fərdlərdə daha çox rast gəlindiyi də sübut edilmişdir.
Bu yaxınlarda edilən bir araşdırma, yağlı balıqların müntəzəm istehlakının beyində daha çox boz maddə təmin etdiyini ortaya qoyub. Bu boz maddə beyində qərar vermə, yaddaş və duyğuları idarə etmə kimi funksiyalarda böyük əhəmiyyət kəsb edir.
Səhərlər qəhvə içməyi sevirsinizsə, bu maddə sizi çox sevindirəcək. Qəhvənin iki əsas komponenti olan kofein və antioksidantların beyin sağlamlığının qorunmasında böyük əhəmiyyəti var.
Həssaslığınızı artırır: Kofein sizi yuxulu hiss etdirən kimyəvi maddə olan adenozinin ifrazının qarşısını alaraq beyninizi oyaq saxlayır.
Əhvalınızı yaxşılaşdırır: Kofein həmçinin dopamin kimi yaxşı hiss etdirən nörotransmitterləri artırır.
Konsentrasiyanı artırır: Tədqiqat kofein qəbulunun insanın diqqətini və ayıqlığını artırır.
Kakao və ya birbaşa kakao tozu ilə zəngin olan tünd şokolad, tərkibində kofein, antioksidantlar və flavonoidlərlə beyni gücləndirən gözəl birləşmədir. Tünd şokoladda yüzdə 70 kakao olsa da, kakaonun bütün faydalarını təmin edir, lakin bu faydalar 10-50 faiz kakao olan şokoladlarda görünmür.
Şokoladın tərkibində olan flavonoidlər beynin öyrənmə və yaddaşla bağlı nahiyələrində toplanır, onu qəbul edən bütün insanlarda yaşa bağlı zehni geriləməni azaldır və yaddaşı gücləndirir.
Bir araşdırmada şokolad istehlakının 900 adam üzərində təsiri araşdırılmış və şokoladdan daha tez-tez istifadə edən şəxslərin yaddaş və zehni performansının şokolad istehlak etməyənlərə nisbətən daha yaxşı olduğu müşahidə edilmişdir.
Tərkibindəki kollagen və hialuron turşusu sayəsində sümük suyu beyin sağlamlığının qorunmasında mühüm rol oynayır. Düzgün hazırlandıqda təkcə beyni deyil, immunitet sistemini də dəstəkləyir. Prolin və grissine amin turşuları sayəsində beynin və birləşdirici toxumaların sağalmasına böyük töhfə verir, yaddaşı gücləndirir və beyin funksiyalarını artırır.
Sümük suyu ən azı 12 saat zəif odda qaynadılaraq alınmalıdır. Rozmarin və soğan kimi maddələr əlavə etməklə beyin sağlamlığını dəstəkləmək mümkündür.