Reklam resmi
Reklam resmi

Yayda bu qidalar sizi ZƏHƏRLƏYƏ BİLƏR

Yayda bu qidalar sizi ZƏHƏRLƏYƏ BİLƏR
Sağlamlıq

Yay aylarında havaların isinməsi ilə qida zəhərlənməsi riskləri də artır.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ajans.az-a açıqlamasında bildirib ki, bəzi məhsullar yüksək temperaturda daha tez xarab olur  onların saxlanmasına xüsusi diqqət yetirilməlidir. 

Onun sözlərinə görə, süd  süd məhsulları, xüsusilə qatıq, pendir  qaymaq, eləcə  ət  ət məhsulları, balıq  dəniz məhsulları, yumurtadan hazırlanan qidalar, kremli şirniyyatlar, ev şəraitində hazırlanan qarışıq salatlar, həmçinin doğranmış meyvələr yüksək risk qrupuna daxildir: 

“Bu məhsulların satış  saxlanma zamanı 2-4 dərə temperaturda qorunması vacibdir. Qidalar doğru şəkildə mühafizə olunmayacaqsa, evdə  az miqdarda alınması tövsiyə olunur. Bişirilmiş məhsullar isə iki saatdan artıq otaq temperaturunda saxlanılmamalı, mütləq soyuducuya yerləşdirilməlidir. Yay mövsümündə meyvələrin yuyulmadan istehlak edilməsini  sağlamlıq üçün təhlükə yaradır”.  

M.Hüseynova hesab edir ki, qida təhlükəsizliyinin təmin olunması üçün satış obyektlərində nəzarət gücləndirilməli, mənşəyi məlum olmayan məhsulların satışının qarşısı alınmalıdır. Onun sözlərinə görə, məhsulların daşınması  saxlanılması zamanı da soyuq zəncir prinsiplərinə ciddi əməl edilməlidir: 

Supermarketlərdə soyuducuların işlək vəziyyətdə olmasına, məhsulların istehsal  son istifadə tarixlərinə nəzarət edilməlidir. İctimai iaşə obyektlərində işçi heyətin gigiyena qaydaları  qida təhlükəsizliyi ilə bağlı mütəmadi təlimatlandırılması da zəhərlənmə risklərinin azaldılmasında mühüm rol oynayır. Qida Təhlükəsizliyi Agentliyi  mütəmadi olaraq nəzarətləri gücləndirməlidir. Satış yerlərində qeyri-qanuni satışların, mənşəyi bəlli olmayan məhsulların satışının qarşısı alınmalıdır. hsulların satışa həyata keçirilərkən soyuq zəncir prinsipi əsas götürülməlidir. Bundan başqa mütəmadi olaraq əhalinin maarifləndirilməsi həyata keçirilməlidir. Bu bir çox hallarda qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif layihələr çərçivəsində edil , layihələrin müddəti çox qısa və birdəfəlik olur. 

Mələksəda Ziyad

Mövzular:
Zəhərlənmə yay ayları qidalar

Digər Xəbərlər