Reklam resmi
Reklam resmi

Si Cinpin yeni süni intellekt ittifaqını ELAN ETDİ

Si Cinpin yeni süni intellekt ittifaqını ELAN ETDİ
Dünya

Çin Prezidenti Si Cinpin Rusiya, Belarus, Braziliya, Qazaxıstan, İndoneziya və daha 24 ölkənin iştirakı ilə süni intellekt üzrə beynəlxalq koalisiyanın yaradıldığını açıqlayıb.

Ajans.az xəbər verir ki, Si Cinpin bu barədə Şanxayda keçirilən Süni İntellekt üzrə Ümumdünya Konfransında (WAIC) çıxışı zamanı bildirib. Bu, onun tədbirdə ilk iştirakı olub.

Çin lideri qeyd edib ki, təşəbbüs Qlobal Cənub ölkələrinin çağırışlarına cavab olaraq irəli sürülüb və süni intellektin inkişafı, idarə olunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

"Bu, Çinin Qlobal Cənub ölkələrinin çağırışlarına cavab olaraq atdığı mühüm addımdır. Məqsəd süni intellektin inkişafı və idarə olunması sahəsində beynəlxalq ictimaiyyəti bir araya gətirməkdir. Bu təşəbbüs süni intellektin inkişaf tarixində mühüm mərhələ olacaq", – deyə Si Cinpin bildirib.

Çin Prezidenti çıxışında süni intellektdən sui-istifadənin və onun zərərli məqsədlərlə tətbiqinin qarşısının alınmasının vacibliyini vurğulayıb. O, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə, nəzarət mexanizmlərinin yaradılmasına və süni intellekt texnologiyalarının daim insan nəzarəti altında saxlanılmasına çağırıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Si Cinpin süni intellekt

Digər Xəbərlər