Bu gecə də çox ağır bir əməliyyat keçirdim-DEPUTAT DANIŞDI
"Biz təhsil və səhiyyəyə eyni baxış altında baxmalıyıq."
Ajans.az xəbər verir ki, bu sözləri deputat Rəşad Mahmudov Beynəlxalq Səhiyyə Menecmenti Konqresində çıxışı zamanı bildirib.
"Bir cərrah olaraq illərlə əməliyyat otaqlarında çalışmış, çox mürəkkəb əməliyyatlarda iştirak etmişəm. Bu gecə də çox ağır bir əməliyyat keçirdim.
Lakin zaman keçdikcə bir həqiqəti daha dərindən dərk edirsən: bir əməliyyatın uğuru əməliyyat otağında başlamır. O uğurun təməli, əmin olun ki, daha əvvəl qoyulur.
Bir reanimasiya şöbəsinin təhlükəsizliyi, monitorlardan gələn xüsusi alarm səslərində deyil, tibb bacılarının klinik mühakiməsində formalaşır. Əgər bu mühakiməni formalaşdıracaq təhsil sistemimiz olmazsa, əmin olun ki, istədiyimiz effektivliyi əldə edə bilməyəcəyik"."
Daha ətraflı videoda: