III Çarlz Keir Starmerin istefasını qəbul edib
Böyük Britaniya Kralı III Çarlz Baş nazir Keir Starmerin istefasını qəbul edib.
Ajans.az xəbər verir ki, bu barədə BBC Bukinqem Sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Sarayın açıqlamasında bildirilir ki, Ser Keir Starmer bu səhər kral ilə görüşərək Baş nazir və Xəzinədarlığın Birinci Lordu vəzifələrindən istefasını təqdim edib. III Çarlz isə istefanı qəbul edib. Görüşdə Ledi Starmer də iştirak edib.
Keir Starmer baş nazir kimi son çıxışında varisi Endi Börnemə uğurlar arzulayıb.
BBC-nin məlumatına görə, Böyük Mançesterin meri və Leyborist Partiyasının tanınmış simalarından olan Endi Börnem yeni baş nazir vəzifəsini icra edəcək. Onun hökuməti formalaşdırmaq üçün Bukinqem Sarayında kral tərəfindən qəbul ediləcəyi, daha sonra isə Dauninq Stritdə ilk çıxışını edəcəyi gözlənilir.
BBC həmçinin qeyd edir ki, Starmerin istefasından sonra Böyük Britaniyada hazırda doqquz sabiq baş nazir sağdır ki, bu da ölkə tarixində rekord göstərici hesab olunur.