Reklam resmi
Reklam resmi

Bu ölkədən sərt mesaj: Çini tənqid edənlər HƏBS OLUNACAQ

Bu ölkədən sərt mesaj: Çini tənqid edənlər HƏBS OLUNACAQ
Dünya

Qırğızıstan hakimiyyəti Çinlə bağlı yalan məlumatlar və təxribat xarakterli paylaşımlar yayan şəxslərin məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki, Qırğızıstan Prezident Administrasiyasının mətbuat katibi Dayirbek Orunbekov bildirib ki, "Çin ölkəni ələ keçirib", "torpaqlar satılır" və ya "xarici borc nəzarətdən çıxıb" kimi iddiaların yayılması cəmiyyətdə gərginlik yaratmağa yönəlmiş dezinformasiya hesab olunur.

Onun sözlərinə görə, bu cür məlumatları yayan siyasətçilər və sosial şəbəkə istifadəçiləri fəaliyyətlərini davam etdirəcəkləri təqdirdə qanun qarşısında cavab verməli ola bilərlər.

Orunbekovun açıqlaması, o cümlədən Dövlət Milli Təhlükəsizlik Komitəsinin sabiq rəhbəri Kamçıbek Taşiyevə ünvanlanıb. Taşiyev daha əvvəl hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq məhkum edilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbiri ölkədən çıxış qadağası ilə əvəz olunub.

Siyasi ekspertlərin fikrincə, Taşiyevin vəzifədən uzaqlaşdırılması və "75-lərin məktubu" kimi tanınan, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edən müraciəti imzalamasından sonra siyasi proseslər Qırğızıstanda daxili gərginliyin artmasının qarşısını almağa kömək edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Qırğızıstan Çin

Digər Xəbərlər