Reklam resmi
Reklam resmi

Çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır

Çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır
Cəmiyyət

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır.

Ajans.az xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.

Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir.

Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Mövzular:
Çevik iş vaxtı rejimi modellər

Digər Xəbərlər