Reklam resmi
Reklam resmi

HƏMAS-a yeni lider seçilib

HƏMAS-a yeni lider seçilib
Dünya

Fələstinin radikal HƏMAS hərəkatı Xəlil əl-Həyyanı təşkilatın yeni lideri seçib.

Ajans.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, Xəlil əl-Həyya 2024-cü ilin oktyabrında Qəzza zolağında həlak olan HƏMAS-ın əvvəlki lideri Yəhya Sinvarın yerinə seçilib.

Bildirilib ki, əvvəllər hərəkatın sədr müavini vəzifəsində çalışan əl-Həyya təşkilat daxilində keçirilən səsvermənin ikinci turunda HƏMAS-ın keçmiş siyasi lideri Xalid Məşalı üstələyərək qalib gəlib.

Hələlik HƏMAS tərəfindən yeni rəhbərliyin fəaliyyəti ilə bağlı əlavə açıqlama verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Fələstin HƏMAS

Digər Xəbərlər