Eboladan ölənlərin sayı 500-ü Keçdi
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 580-ə çatıb.
Ajans.az xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.
"Konqonun İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində Eboladan ölənlərin sayı 580-nə çatıb. Xəstəliyə yoluxma hallarının sayı 1 708-ə qədər yüksəlib. Hazırda 280 nəfər sağalıb, 680 nəfər müalicə alır", - məlumatda bildirilib.
Qeyd olunub ki, Ebolaya qarşı mübarizə tədbirləri davam etdirilir.
Mövzular: