Turistlər zəlzələlərdən sonra Yunanıstan adasını kütləvi şəkildə TƏRK EDİR

Turistlər zəlzələlərdən sonra Yunanıstan adasını kütləvi şəkildə
Yunanıstan zəlzələ
Dünya 04-02-2025 - 19:00

Yunanıstanın Santorini adasından güclü zəlzələlər səbəbindən turistlər və yerli əhali kütləvi şəkildə qaçmağa başlayıb.

Ajans.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Alimlər qeyd ediblər ki, Santorini zəlzələlərin yeni təkanlarını gözləyir. Yaxınlaşan təbii fəlakətlə əlaqədar yerli hakimiyyət orqanları yüksək hazırlıq vəziyyətindədir. Biletlər sürətlə tükəndiyi üçün adadan Afinaya uçuşların sayı iki dəfə artırılıb.

Məlumdur ki, fevralın 1-i və 2-si həftəsonu Santorinidə 200-dən çox təkan baş verib. Fevralın 4-nə keçən gecə daha çox zəlzələ baş verib ki, bu da sakinləri küçələrə çıxmağa məcbur edib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: