Maya Sandunun istefası tələb edildi
Moldovanın sabiq Baş naziri İon Çiku Prezident Maya Sandunun vəzifədən kənarlaşdırılması üçün impiçment prosedurunun başlanmasını təklif edib.
Ajans.az xəbər verir ki, bu barədə Sputnik Moldova məlumat yayıb.
Çikunun sözlərinə görə, prezidentin impiçmenti ilə bağlı qətnamə layihəsi hazırlanıb və onun parlamentdə qeydiyyata alınması üçün ən azı 34 deputatın imzası tələb olunur.
"Ümid edirəm ki, sənədin parlamentdə qeydiyyata alınması və baxılması üçün 34 imza toplayacağıq", – deyə sabiq baş nazir bildirib.
İon Çiku qeyd edib ki, 40 səhifədən ibarət sənəd prezidentin qohumu ilə bağlı iddia olunan korrupsiya qalmaqalı fonunda hazırlanıb. Onun sözlərinə görə, təşəbbüs müxalifətin ortaq mövqeyini əks etdirən sənəd kimi nəzərdə tutulur.
Hazırda Prezident Maya Sandu və ya administrasiyası məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Mövzular: