Reklam resmi
Reklam resmi

Bu ölkədə GÜCLÜ YANĞIN: Sakinlər TƏXLİYƏ EDİLİB

Bu ölkədə GÜCLÜ YANĞIN: Sakinlər TƏXLİYƏ EDİLİB
Dünya

İspaniyanın Syerra Norte təbii parkında davam edən meşə yanğını geniş ərazini əhatə edib. Təbii fəlakət nəticəsində 28 yaşayış məntəqəsinin sakinləri təxliyə olunub.

Ajans.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 16-da başlayan yanğın artıq 26 min hektar ərazini əhatə edib. Təhlükəsizlik məqsədilə 1200 nəfər müvəqqəti olaraq evlərini tərk etmək məcburiyyətində qalıb.

Kastilya-La Mança muxtar icmasının rəhbəri Emiliano Qarsiya-Pajenın sözlərinə görə, yanğının regional büdcəyə vurduğu zərər hazırda təxminən 50 milyon avro qiymətləndirilir.

O bildirib ki, iyulun 21-də keçiriləcək hökumət şurasının iclasında zərərçəkmiş bələdiyyələrə yardım göstərilməsi, infrastrukturun bərpası və bərpa işlərinin əlaqələndirilməsi məsələləri müzakirə olunacaq.

Yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İspaniya yanğın

Digər Xəbərlər