Reklam resmi
Reklam resmi

Yasamal və Sabunçuda oğurluq edənlər saxlanılıb 

Yasamal və Sabunçuda oğurluq edənlər saxlanılıb 
Cəmiyyət

Bakı şəhəri, Yasamal rayonu ərazisində bir nəfərə məxsus "Toyota" markalı avtomobildən 1100 dollar, 200 avro, 850 manat dəyərində mobil telefon və qulaqlıq oğurlanıb.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı X. İsgəndərova, 34 yaşlı A. Təhvəli və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A. Rəfiyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Sabunçu rayonu ərazisində 1200 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı M. Əliyev də saxlanılıb.

Araşdırma aparılır.

Mövzular:
Daxili İşlər Nazirliyi Yasamal Sabunçu DİN

Digər Xəbərlər