Reklam resmi
Reklam resmi

Britaniyanın yeni baş naziri ilk addımını atdı

Britaniyanın yeni baş naziri ilk addımını atdı
Dünya

Böyük Britaniyada yeni baş nazir Endi Börnem hökuməti formalaşdırmaq üçün Kral III Çarlzdan rəsmi mandat alıb.

Ajans.az xəbər verir ki, bu barədə Sky News Bukinqem Sarayının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Sarayın açıqlamasında bildirilir ki, III Çarlz Endi Börnhemi qəbul edərək ona yeni hökuməti formalaşdırmağı tapşırıb.

"Əlahəzrətləri Parlament üzvü Endi Börnhemi qəbul edib və ondan yeni hökumət qurmasını xahiş edib", – deyə açıqlamada qeyd olunub.

Bununla da Endi Börnem rəsmi olaraq Böyük Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb.

Məlumata görə, onun yaxın saatlarda Dauninq Stritdə ilk rəsmi çıxışını edəcəyi gözlənilir.

Qeyd edək ki, Endi Börnem bundan əvvəl Böyük Mançesterin meri vəzifəsində çalışıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya Endi Börnem

Digər Xəbərlər