Daha bir direktor Müdafiə Nazirliyinə rüşvət verdiyi üçün HƏBS OLUNDU

Daha bir direktor Müdafiə Nazirliyinə rüşvət verdiyi üçün
Dünya 11-10-2024 - 21:18

Müstəntiqlər Rusiya Müdafiə Nazirliyinin geyim departamentinin keçmiş rəisi Vladimir Demçikə rüşvət verməkdə şübhəli bilinən  baş direktor Aleksandr Svistunova qarşı cinayət işi açıb.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi (İK) məlumat verib.

Müəssisənin Rusiya ordusunun ehtiyacları üçün ümumi dəyəri 574 milyon rubldan çox olan geyim tədarükü üçün dövlət müqavilələrinin icrasına cəlb edilməsinə görə qeyri-qanuni mükafatın məbləği dörd milyon rubl təşkil edib. Rüşvət 2017-ci ildə Demçikə köçürülüb.

Svistunov 235-ci Qarnizon Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

Ehtiyatda olan polkovnik Vladimir Demçik 2018-ci ilin aprel ayına qədər Müdafiə Nazirliyinin geyim şöbəsinin rəisi vəzifəsində çalışıb, daha sonra “Textile Trading Company” MMC-nin baş direktorunun müavini olub. O, avqustun 6-da həbs edilib və ona qarşı dörd milyon rubl məbləğində rüşvət almaqda ittiham olunub .

PAYLAŞ: