Tanınmış bloger bu görüntülərə görə məhkəməyə üz tutur - AÇIQLAMA / VİDEO

Tanınmış bloger bu görüntülərə görə məhkəməyə üz tutur -
Hadisə 14-03-2025 - 19:10
 67

Tanınmış bloger Şəhla Həsənli onun görüntüsünü çəkib paylaşdığı üçün insident yaşadığı sürücülük təlimçisini məhkəməyə verəcək.

Bunu Ajans.az-a açıqlamasında Şəhla Həsənli özü deyib. O bildirib ki, sözügedən video kəsilərək mediada yayımlanıb, halbuki, həmin insidentdə zərərçəkən o olub:

"Həmin təlimçinin yanında olan qadın qəza şəraiti yaratmışdı və avtomobilində azyaşlı uşaq var idi. Mən qəza törətsəm, o uşağa bir şey olsa, necə olacaqdı? Mənim adımdan istifadə edib reytinq tutmağa çalışırlar. Görüntülərimi icazəsiz çəkib paylaşdığına görə onu məhkəməyə verəcəyəm".

Qeyd edək ki, "Avrosfer.az"a danışan təlimçi Nazilə Novruzova hadisə ilə bağlı DİN-ə müraciət etdiyini bildirib. 

Sözügedən videonu təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: